525.Az

Elmar Məmmədyarov Serbiyanın keçmiş baş nazirini qəbul edib


 

Elmar Məmmədyarov Serbiyanın keçmiş baş nazirini qəbul edib<b style="color:red"></b>

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Sloveniyada fəaliyyət göstərən Yaxın Şərq və Balkan Araşdırmaları üzrə Beynəlxalq İnstitutun (İFİSEM) Məşvərət Şurasının vitse-prezidenti, Serbiyanın keçmiş Baş naziri Zoran Jivkoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
525.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Z.Jivkoviç Nazir Elmar Məmmədyarovun İFİSEM tərəfindən “Xarici Siyasət sahəsində 2011-ci ilin Pozitiv Şəxsi” adına layiq görüldüyünü bildirib və mükafatı təqdim edib.
 
Nazir Elmar Məmmədyarov təqdim olunan mükafata görə qarşı tərəfə dərin minnətdarlıq bildirib, həmçinin ölkəmizin Balkan ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

 

 

 





30.10.2012    çap et  çap et