525.Az

Xırdalanın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 35 milyon dollar kredit


 

Xırdalanın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 35 milyon dollar kredit <b style="color:red"></b>

Dünən Nazirlər Kabinetində Azərbaycan Respublikası Səudiyyə İnkişaf Fondu arasında "Xırdalan şəhərinin su təchizatı kanalizasiya  sisteminin yenidən qurulması genişləndirilməsi" layihəsi üzrə Kredit Sazişi imzalanıb.

Mərasimdə çıxış edən baş nazirin müavini Abid Şərifov Azərbaycanla Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib.

Səudiyyə İnkişaf Fondunun vitse-prezidenti icraçı direktoru Yusif İbrahim Əl-Bassam Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Sonra Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında "Xırdalan şəhərinin su təchizatı kanalizasiya  sisteminin yenidən qurulması genişləndirilməsi" layihəsi üzrə Kredit Sazişinin imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan hökuməti adından  "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Səudiyyə İnkişaf  Fondunun vitse-prezidenti icraçı direktoru Yusif İbrahim Əl-Bassam imzalayıblar.

Sazişə əsasən, Səudiyyə İnkişaf Fondu "Xırdalan şəhərinin su təchizatı kanalizasiya  sisteminin yenidən qurulması genişləndirilməsi" layihəsinə güzəştli şərtlərlə 35 milyon dollar kredit ayıracaq. Ümumi dəyəri 75 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirəcək.

Qeyd edək ki, "Xırdalan şəhərinin su təchizatı kanalizasiya  sisteminin yenidən qurulması genişləndirilməsi" layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 190 mindən artıq sakinin dayanıqlı içməli su ilə təmin edilməsinə hesablanıb.  Layihə çərçivəsində Xırdalan şəhərində ümumi tutumu 60 min kubmetr olan 3 ədəd su anbarı tikiləcək, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin etmək məqsədi ilə müxtəlif diametrli polietilen polad borularla 178,5 km uzunluğunda su şəbəkəsi yaradılacaq, hər bir ünvana ev birləşməsi verilərək samart-kart sayğaclar quraşdırılacaq.

 





04.07.2014    çap et  çap et