525.Az

“Gənclik”dəki yeraltı keçid oktyabrda hazır olacaq


 

“Gənclik”dəki yeraltı keçid oktyabrda hazır olacaq<b style="color:red"></b>

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində inşa edilən yeraltı piyada keçidinin tikintisinin cari ilin oktyabr ayında başa çatdırılması planlaşdırılır.

Bu barədə Lent.az-a “Azəyolservisin”in mətbuat xidmətindən məlumat verilib.

Yeni yeraltı piyada keçidin bir giriş-çıxışı İdman Akademiyası, digəri isə “Caspian Shop” Ticarət Mərkəzi istiqamətinə olacaq. Keçidin uzunluğu 90 m, eni 4,7 m, hündürlüyü isə 3 m təşkil edəcək. Artıq yolun hərəkət hissəsinə düşən tunelin betonlanması işləri başa çatdırılıb.
 
Hazırda istinad divarlarının betonlanması və örtüyün hidroizolyasiyası işləri gedir.

 





04.07.2014    çap et  çap et