525.Az

Noyabr ayında qeyri-iş günlərinə rəsmi aydınlıq gətirildi


 

Noyabr ayında qeyri-iş günlərinə rəsmi aydınlıq gətirildi<b style="color:red"></b>

Dövlət Bayrağı Günü münasibəti ilə noyabrın 9-u qeyri-iş günü elan edilib.

Bu barədə 525.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 10-u şənbə gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 9, 10 və 11-i istirahət edəcəklər.

Noyabrın 12-si Konstitusiya günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Həmçinin Milli Dirçəliş günü - noyabrın 17-si iş günü hesab edilir.

Qeyd edək ki, bir sıra təqvimlərdə bu tarixin qırmızı ilə işarələnməsi vətəndaşlar arasında çaşqınlıq yaradır.

 





31.10.2012    çap et  çap et