525.Az

Cəbhədə atışma olub


 

Cəbhədə atışma olub

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, atışmalar əsasən Ermənistanın Noyemberyan rayonunun Voskevan, Berdavan, İcevan rayonunun Azatamut, Berkaber kəndlərində, işğal olunmuş Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.

Düşmən cavab atəşi ilə susdurulub.

 





07.09.2012    çap et  çap et