525.Az

İsrail İrana hücum etməyə hazırlaşır


 

İsrail İrana hücum etməyə hazırlaşır<b style="color:red"></b>

İsraillə İran arasında nüvə məsələləri ilə əlaqədar gərginlik davam edir.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrail bu ölkəyə edəcəyi hücum sınaqlarını Yunanıstanda gerçəkləşdirib.
 
İsrail-Yunan hərbi əməkdaşlıq razılaşmasına görə, sentyabrda ilk dəfə olaraq helikopter və döyüş gəmilərinin iştirakı ilə edilən ortaq manevrdən sonra Larisa bölgəsində hava hücumu reallaşdırılıb. Israilin 10 ədəd F-16 ISUFA tipli döyüş təyyarəsi və 152 hərbçi sınaqlarda iştirak edib.

Yunan mediası da İsrailin bu ölkədə keçirdiyi təlimlərinin İrana hücum məqsədi daşıdığını deyib.

Nigar Məhərrəm

 





31.10.2012    çap et  çap et