525.Az

Söz ki var...


 

Söz ki var... <b style="color:red"></b>

Bu günlərdə türk televiziyaları bir reklam göstərirdı. Necə gözəl, nəcib sözlərinin, kəlamlarının olduğunu deyirdilər: “Canın sağ olsun!”, “Xeyirlisi!”, “İşin avand olsun!”, “Qismət!” s. Əlavə edirdilər ki, başqalarında belə sözlər yoxdur. Biz türk qövmüyük bundan da şirin, ləyaqətli etiketlərimiz, su kimi lətafətli sözlərimiz var... Amma!

Bu yazımızda sözün qüdrətindən, söz haqqında deyilmiş qiymətli aforizmlərdən nümunələr gətirməyəcəyik... Çünki yeri, zamanıdır. Bir həqiqət var günümüzdə: sözə baxan var, sözəbaxan... “Dilim dolu gileydir!” Müəllimlər deyir ki, uşaqlar sözə baxmır. Valideynlər şikayətlənir ki, övladlarıma söz keçirə bilmirəm, yaşlılar: indikilərə söz əsər eləmir, yol polisi sürücünün, sürücü piyadanın sözə əhəmiyyət vermədiyindən şikayətlənir... isə, belə çıxır ki, söz ortalıqda qalıb vurnuxur. Dəyərini axtarır, hər an da tapa bilmir, üzü danlanır... Birinin bilmədən ayağını basır, üzr istəyir. Cavab bu olur ki, üzr, korsan, görmürsən? Birinə bağışla, bilmədim, – deyirsən, səni tərsləyir, bağışlamağa bir şeyim yoxdur, – deyir. Bir dəfə şahidi olmuşdum, qadın ondan üzr istəyən oğlana dünyada qədər ölümsaçan qarğış var söylədi...

Bəlkə söz ərşə çəkilib? Qiyməti bilinmədiyindən Allah onu qeybə çəkib. Bir rəvayət vardı: Çörəyin qədrini bilməyənlərin ucbatından Tanrı onu insanlığın əlindən alıb ərşə çəkir. İnsanlar acından qırılır. Bir it ağzını göyə tutub günlərlə ulayır bu, Tanrıya xoş getmir. İtin üzünə çörəyi yerə qaytarır. Bəlkə ona görə idi ki, anam təndirdən çörək çıxan kimi bir parça kəsib, aparın, itə atın, – deyərdi...

Bəs, Tanrı ərşə çəkilmiş sözü bizə nəyin hesabına qaytaracaq?.. Tanrının bizə lütfüQurandır ki, o da sözlə başlayır – “Oxu!”. Bəlkə ona görəQurana, çörəyə and içdiyimiz kimi sözə and içirik: “Səninlə kəsdiyim o kəlmə haqqı!”

Söz candır”. Can ruhdur. Ruhumuz sözümüzdür. Ruhun ehtiyacından yaranan sözlər.

Ürkək baxışlarınla ruhumu dindirəydin
Məni sevindirəydin.
Gizli söhbət açaydın ruhun ehtiyacından,
Qardaşından, bacından...
(M.Müşfiq)

Birinə deyilirsə ki, o ruhsuzdur, demək o, ömründə ağzından fərli söz çıxarmayıb. Kiməsə ümidverici, təsəlliverici xoş sözlər deməyib. Beləsi üçün deyirlər ki, ya ona söz dedin, ya da divara... fərqi yoxdur... Budivarlarki var, daşqəlbli, soyuqqanlılar cəmiyyətin ən qorxulu laqeyd kəsimidir... Bunlar sözə baxan deyillər... Sözə baxılmamaq çox zaman cinayət baş verir. Sözə baxılsaydı, intihar yolu seçilməzdi, kimsə özünü asmazdı, yandırmazdı... Hətta ölkənin rəhbəri qətiyyətlə deyir ki, “camaatla yaxşı rəftar edin, sözə baxın, xalqın xidmətində olun!” Sözəbaxanlar da indi azdır...

Sözəbaxmazlıq varsa, ortada şeytan qol götürüb oynamaqdadır. Sözəbaxmazlıqdan istifadə edən şeytan qızları evdənqaçırır”, gəlinlər övladlarını evdə atıb gedir, gənc bir oğlan, bir yeniyetmə o birinin sözünə baxıb, dəstə ilə evlərə girib soyğunçuluqla məşğul olurlar. Bu yerdə daha sözə ehtiyac qalmırşərhə ehtiyac yoxdur.

deyək, hükəmalar buyurub: “sözünü o kəslərə de ki, onlar sənə qulaq asmaq istəmirlər”...

Biz sözə çörək kimi yanaşırıq. Bizdə çörək bitər, söz bitməz, bizdə su qurtarar, söz qurtarmaz. Söz bizim üçün yeməkdir. Yəni yediyimiz söz var, yemədiyimiz söz var. Sözü yeyənlər çörəyə əl vurmur, deyir, sağ olun, daha mən doydum. Sözü yeməyənlər elə çörəyi kəsdiyi bıçaqlaçoxsaylı kəsilmiş, deşilmiş yaralaraçır birinin bədənində...

Bəzən biri susur, heç nəyə reaksiya vermir. Əslində o, ədəbindən susmur. Ya danışa bilmir, ya da qorxur ki, ağzından söz qaçıra. Belə adamlar qədər söz gizlətsələr , sonra məlum olur ki, adam gedib o qədər sözlər danışıb ki!.. Bax bunlar ən qorxulu kəsimdir. Çox zaman da söz özü ağızdan qaçıb qurtulmağa çalışır. Qaçır ki, harasa sığınsın, qaçır ki, bəlkə, kiməsə gərək olar...

Söz desə, bəlkə varlığı hiss oluna... Dünya dolu adamdı, dərdini deməyə kimsə yox!”  Söz axtaranlarbunlar iki cürdür; biriləri onu qeybətə, dedi-qoduya çevirmək üçün axtarırlar, ara vurmaq, ev yıxmaq üçün arayırlar... Belələrinə Vaqif qarğış da eləyir:

Olsun itkin düşsün belə əğyarı,
Gəzməsin arada yaman, bəri bax!

Bir qisim söz axtaranlar isə, əslində, bir insanla dərdləşməyə, bir insanla bəzi şeyləri paylaşmağa ehtiyacı var. Onlar həm sıxıntıdan ürəklərini boşaldır, həm aradıqları sözü eşitdiklərindən dərindən nəfəs alıb özlərini məmnun hesab edirlər.

Birincilərə sözü istədiklərindən artıq deyirik. İkincilərə isə xəsisliklə. İndi yaxşı sözün xəsisiyik. Sanki belə sözlərə sayğac qoyulub, çox işlədərik, çox pul yazar...

İndi çoxları Markesdən, Kafkadan danışanda özlərini intelligent hesab edir... Mən yazıram. Bir qəzetdən Markesin vəsiyyətnaməsini oxumuşdum. Deyirlər ki, bəlkə o vəsiyyət heç Markesin deyil. Onundur, ya onun deyil, amma gözəl sözlərdir, burada yazmaya bilmirəm: “İlahi, əgər mənim ömrüm bir qədər uzansaydı... sevdiyim insanlara onları sevdiyimi hər gün deyərdim...”

Əvvəlki yazılarımda şəfqətdən, mərhəmətdən çox yazmışam. Şəfqət , mərhəmət sözə möhtacdır. Şirin sözlər seçin, mərhəmətli ifadələr işlədin... Son yazımla, yəniKönlüm Qarabağdan keçəryazımla bağlı mənə çox müraciət edirlər. Bu yazını oxuyanlardan biri AzTV-nin təhsil proqramında çalışan Mayıs Yanardağ idi. Məni axtarıb deyib ki, əslində mən sözü yazan yox, sözü axtaranam. Mən bu hörmətli insanın bir neçə sözünü bura yazmağı borc bildim:


Sığındığım
bu damdı,

Dam da yağışda damdı.

Ətraf tamam adamdı

İnsan axtarıram mən.


Söz
arayışında olmaq, sözə dəyər vermək, axtardığın sözü tapmaq indi ən qiymətli kəşfdir. Tanrı o günü göstərməsin ki, sözün bitdiyi yerdə mat-məəttəl, məlul-müşkül qalaq...


Yazının
bu yerini bitirməkdə çətinlik çəkdim, söz tapa bilmirdim. M.Araz qiymətli sözləri ilə mənə dayaq oldu yazını qiymətə mindirdi:


Yıxın
məni söz atından

Atın məni tank altına

Əzin məni xıncım-xıncım,

Kəsmir əgər söz qılıncım.

İndi söz atından düşüb tank altına girməyin vaxtıdır...


Analarımız
bizə sözü zinət əşyası kimi qoyub gediblər: “Sözümü qulağında sırğa elə”.


Atalarımız
oğullarına sözü silah kimi vəsiyyət ediblər: “Söz qılıncdan kəsərlidir!”


Mənim
sözüm bitmədi...

 

 





07.07.2014    çap et  çap et