525.Az

“Yarımçıq əlyazma” italyan dilində də çap olunacaq


 

“Yarımçıq əlyazma” italyan dilində də çap olunacaq <b style="color:red"></b>

Türk xalqlarının ortaq ədəbi abidəsi olanKitabi-Dədə Qorquddastanı ədəbiyyatımızın dünya ədəbiyyatına inteqrasiyası üçün gözəl zəminlərdən biridir. Kamal AbdullaYarımcıq əlyazmaromanında etnik movzuya modern yanaşma tərzi iləKitabi-Dədə Qorqudeposu motivlərini müasir dünya ədəbiyyatı arenasına çıxartmışdır.

 

Belə ki, əsərin ərsəyə gəlməsi müxtəlif dillərə tərcümə edilməsiKitabi-Dədə Qorquddastanının türk xalqlarının tarixinin yenidən dünya alimlərinin müzakirə araşdırma obyektinə çevrilməsinə səbəb olmuşdur. Xatırladaq ki yazıçı Kamal AbdullanınYarımçıq əlyazmaromanıLe Manuscrit inacheveFransada, “Eksik el yazmasıadı ilə Türkiyədə, RusiyadaNepolnaə rukopisğ”, BrazilyadaO Manuscrito İnacabado”, PolşadaZagadkowy Rykopis”, ABŞ-daThe İncomplete Manuscript”, QazaxıstandaTolık emes koljazba”, Avstriyada isəDas unvollstandige manuscriptadı ilə çap edilib. Amma bu son deyil!

 

Belə ki, İtaliyanın məşhur nəşriyyat evlərindən bir olanSandro teti editorenəşriyyatı romanı italyan dilində çapa hazırlayır. Əsəri italyan dilinə romanın rus ingilis dili versiyasından rus dili mütəxəssisi tərcüməçi Danieli Franzione tərcümə etmişdir. Ön sözün müəllifi Orta əsrlər ədəbiyyatı mədəniyyəti eləcə sivilizasiyalar- arası münasibətlər üzrə mütəxəssisi, Florensiya Universitetinin departamentinin rəhbəri professor Franko Kardini, kitabın redaktoru isə professor Bernardenidir. Kitab çap olunana qədər isə italyan oxucular romanla ilkin tanışlıq imkanı əldə edəcəklər.

 

İtaliyanın məşhurSole 24 Oreqəzeti əsəri 3 ay ərzində hissə-hissə oxuculara təqdim edəcək. Qəzet yalnız həftənin bazar günləri mədəniyyət xəbərlərini təqdim edir. Qəzetin bu buraxılışında dünyaca məşhur yazarların əsərləri yayımlanır. “Yarımçıq əlyazmaəsəri elə bu səhifədə çap olunacaq. Gündəlik maliyyə-iqtisadiyyat xəbərlərini yayımlayan qəzetin bir ədəbiyyat nümunəsinə – “Yarımçıq əlyazmaromanına marağı diqqəti çağdaş Azərbaycan ədəbiyyatının böyük uğuru, eyni zamanda əsərin əhəmiyyətinin, dəyərinin göstəricisidir.
 





07.07.2014    çap et  çap et