525.Az

Ən varlı siyasətçilər


 

Ən varlı siyasətçilər<b style="color:red"></b>

"Forbes" jurnalı dünyanın ən varlı siyasətçilərinin adlarını açıqlayıb. Siyahıda 16 siyasətçinin adı var.
 
Varlı sisaətçilərini siyahısının hazırlanması üçün jurnala Çinin baş naziri Ven Tsyaboanın ailəsinin dəyəri 2,7 milyard dollar olan səhmlərə nəzarət etməsi haqqında xəbər stimul verib.

 "Forbes"in yeni siyahısında yer alan siyasətçilərin dəqiq var dövləti qeyd edilməsədə, onların varidatı 1 milyard dollardan çoxdur.
 
 İlk pillədə Nyu York meri Maykl Blumberq qərarlaşıb. "Bloomberg" informasiya agentliyinin yaradıcısı və sahibi 1990-cı illərin sonunda siyasətə gəlib və 2001-ci ildə mer seçilib. Bu posta o özünə 1 dollar maaş təyin edib və öz şəxsi bizesinin hesabına yaşayır.

 Onu yeni yaradılan "Vətəndaş platforması" partiyasının lideri Mixail Proxorov izləyir. O, siyasətlə 2011-ci ildən məşğuldur.

 Növbəti pillədə Bdzina İvanişvili qərarlaşıb. Rusiyada öz kapitalını qazanan İvanişvili siyasətlə Gürcüstanda məşğul olmağa başlayıb. Onun rəhbərlik etdiyi "Gürcü arzusu" partiyası parlament seçkisində qələbə çalıb.

 Dördüncü yerdə İtaliyanın keçmiş baş naziri Silvio Berluskonidir. O, 3 dəfə İtaliya Nazirlər Kabinetinə başçılıq edib. Berluskoni özünə məxsus holdinqin vergidən yayınma məsələsi ilə bağlı məhkəmə qarşısına çıxıb.

 İlk beşliyi ABŞ-da iki dəfə prezidentliyə namziəd olan Henri Ross Perot qapayır.


ANS Press

 





31.10.2012    çap et  çap et