525.Az

"Tofiq Bəhramov"da açılış oyunu: Millimiz İsrailə qarşı


 

"Tofiq Bəhramov"da açılış oyunu: Millimiz İsrailə qarşı

Bu gün "DÇ-2014"ün seçmə mərhələsinin oyunlarına start veriləcək.

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandası seçmə mərhələdə ilk matçına çıxacaq.

Berti Foqtsun komandası doğma azarkeşləri önündə İsrail millisini qəbul edəcək. Millimiz bu görüşdə doğma meydan amilindən maksimum yararlanmağa çalışacaq.

Bakıya iddialı gələn İsrail millisi də seçmə mərhələyə uğurlu start vermək niyyətindədir. Milli komandamızın buna nə dərəcədə imkan verəcəyi böyük marq doğurur.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - İsrail matçı saat 21:00-da başlayacaq.

7 sentyabr

"DÇ-2014"ün seçmə mərhələsinin ilk oyunu

21:00. Azərbaycan - İsrail
Hakimlər: Matej Jug, Marko Stancin, Milan Kogej və Slavko Vinçic
Tofiq Bəhramov adına Respublika stadionu

 





07.09.2012    çap et  çap et