525.Az

Tarix üçün... tarix haqqında


 

Tarix üçün... tarix haqqında <b style="color:red"></b>

Yaddaşımın küncündən

İş yoldaşımız Mübarizin, səhv eləmirəmsə, qardaşının toyu idi: o vaxt əslində 7-ci 8-ci mikrorayonları çıxmaq şərti ilə səkkiz mikrorayonluq ərazinin, necə deyərlər, Bakının yarısının yeganə məclis yeri olan 3- mikrorayondakıArzuşadlıq evində.

 

Yəqin ki, toy artıq başlanmışdı, bütün məclis əhli kimi bizim uşaqlar daşüşələrini yarılamışdılar, mənsə iki redaksiyanın (“Həyatın onun rus dilində çıxan əlavəsi olanRespublikanın) əməkdaşlarının oturub işlədiyi otağı hələ tərk etməmişdim. Səbəb aydındır: hamı üçün gününün sonu olsa da, “rəsmi dövlət qəzeti” “Həyatüçün narahat həyəcanlı dəqiqələr təzəcə başlanırdıqəzetin növbəti nömrəsini hazırlayırdıq. İctimai xadim missiyasını yerinə yetirən buna görə həmin vaxt redaksiyada deyil, Ali Sovetdə olan baş redaktordan fərqli olaraq qəzetin çıxmasına, daxil olan operativ yazıların çapa hazırlanmasına, mətbəəyəyığılmağa göndərilməsinə, hansı səhifədə necə yerləşdirilməsinə birbaşa mən cavabdeh idim. Toya gedənlərlə ilkin şərtimiz belə olmuşdu ki, redaksiyada işləri yoluna qoyandan sonra özümü yetirəcək təzə bəyin sağlığına kollektiv bir badə qaldıracağıq.

 

Məclisə güman elədiyimdən gec getdim tez geri döndüm. Buna da səbəb... Azərbaycanın dövlət müstəqilliyi oldu.

 

lll

 

Azərbaycanın dövlət müstəqilliyi məsələsi xeyli vaxtdan bəri gündəlikdə dursa da, əməli həllini heç cür tapa bilmirdi: Baltik respublikaları 1990- ilin martından, qonşu Gürcüstan isə həmin ilin mayındanbirtərəfli qaydada olsa dabu məsələ barədə qəti mövqelərini bəyan etmiş, SSRİ-nin tərkibindən istənilən vaxt çıxmaq barədə konstitusiya hüquqlarından bəhrələnməyə başlamışdılar. Bizdə isə rəhbərlik, deputatlar son qəti addımı atmağa nədənsə risk etmirdilər. O vaxt belə düşünürdüm: “Müstəqilliyin elan edilməsi elə bir tarixi məsuliyyətdir ki, burada hökmən kimsə risk etməlidirya respublika rəhbərliyi özünün sükutlu razılığı ilə buna rəvac verməli, ya da deputatlar mühafizəkar rəhbərliyə qarşı qətiyyət göstərməlidilər”. Sonralar, məsələn, 1992-ci ilin 5-6 martında məhz belə olmuşdu...

 

Reallıqda baş verirdi? Deyək ki, 1991-ci il martın 7- Ali Sovetin sessiyasıSovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqındaməsələ müzakirə edərkən demokratik düşüncəli deputatlarla respublika rəhbərliyinin iradəsini kor-koranə yeridən çoxluq arasında ciddi fikir ayrılığı yaranmışdı. Ən böyük qalmaqal Azərbaycan Respublikasının xalq deputatıo vaxt parlamentarilər rəsmən belə adlandırılırdılarHeydər Əliyevin çıxışından sonra qopmuşdu. Həmin çıxışdan sonra onlarca deputat Heydər Əliyevin bəyanatlarını dəbbələməyə, ittifaq dövlətinin tərkibindən çəxmağın Azərbaycan üçün düzəlməz bəd nəticələr verəcəyini iddia eləməyə çalışmış hətta Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzindəki fəaliyyətini araşdırmaq (təxminən 8 ildən sonra!) üçün Ali Sovetin xüsusi komissiyasını yaratmağı təklif etmişdilər.

 

Heydər Əliyev həmin çıxışı zamanı demişdi: “1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə məruz qalıb. Bunları inkar etmək olmaz. Biz hamımız bu ittifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu ittifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu ittifaq daxilində görmüşük. Mən mənimlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım ittifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu ittifaqa sadiqlik məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik.

 

Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai-siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların ittifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri ittifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır”.

 

Daha sonra o, konkret təklif vermişdi: “...Mən yeni ittifaqa daxil olmağın bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm... Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam... Fikrimcə, əgər Azərbaycan tam müstəqil dövlət olarsa (o, indi ittifaqda olan respublikaların hər biri ilə, hətta ittifaq qalarsa, onunla da qarşılıqlı, bərabərhüquqlu, iki tərəfə faydalı iqtisadi əlaqələr yarada bilər), bu, müstəqil Azərbaycanın gələcək inkişafı üçün daha səmərəli olar. Azərbaycan xalqının başqa xalqlarla dostluq əlaqələri müstəqil xarakter daşıyar, daha səmimi, daha möhkəm olar.

 

...Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər az olmayacaq. Fəqət nəyin bahasına olursa-olsun biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. onlar, tarix bizi bağışlamayacaq.

 

İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır... Azərbaycan Respublikası iqtisadi siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır” (“Səsqəzeti, 15 mart 1991-ci il; Əliyev Heydər. Şəxsi mövqe. B.: 1994, s.14-20).

 

Son nəticədə Ali Sovetin sessiyasıSovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələləri üzrə SSRİ referendumunun təşkili keçirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər haqqındaSSRİ Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli qərarına uyğun olaraqcəmi dörd bəndlik 88-XII nömrəli bir qərar qəbul etmişdi. Qərarda təsbit olunmuşdu ki, 1991-ci il martın 17- keçiriləcək SSRİ referendumunun mərkəzi respublika komissiyasının səlahiyyətini Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyası həyata keçirir. Mərkəzi Seçki Komissiyasına tövsiyə olunmuşdu ki, SSRİ referendumunda səsvermənin keçirilməsi üçün Azərbaycan Respublikasında rayonların, rayon bölgüsü olmayan respublika tabeli vilayət (DQMV) tabeli şəhərlərin sərhədləri hüdudunda dairələr təşkil etsin.

 

HəmçininMüəyyən edilsin ki, SSRİ referendumunun dairə komissiyalarının səlahiyyətlərini Azərbaycan Respublikası yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri üzrə ötən seçki kampaniyası dövründə beş il müddətinə təşkil olunmuş rayon şəhər seçki komissiyaları həyata keçirirlər”. sonuncu bənd: “Azərbaycan Respublikası xalq deputatları sovetləri onların rəyasət heyətləriÜmumxalq səsverməsi (SSRİ referendumu) haqqındaSSRİ qanununa uyğun olaraq ən geci 1991-ci il martın 10-dək SSRİ referendumu məntəqələrinin yaradılmasını məntəqə komissiyalarının təşkilini təmin etsinlər”.

 

Adbaad səsvermə zamanı 340 (!!!) deputatdan 43-ü bu qərarın əleyhinə səs vermişdi. Bir daha diqqəti ona yönəldirəm ki, bu qərar martın 17- (hər hansı bir mövzuda!) referendumun keçirilməsinin təşkili məsələlərini təsbit edirdi bunun dövlət müstəqilliyinə birbaşa aidiyyəti yox idi. Zənnimcə, hüquqi baxımdan ən düzgünü bu olardı ki, referendumda iştirak edərək qoyulan suala mənfi cavab verəydin: o halda SSRİ-nin saxlanıb-saxlanmamağına münasibətini ortaya qoymuş olurdun, bu isə respublikanın dövlət müstəqilliyinə dolayısı ilə tərəfdar çıxmaq demək olardı.

 

Dəqiq yadımdadır: adətən sessiya iclaslarının keçirildiyi günlərdə redaksiyanı telefonla idarə etməyə məcbur olan baş redaktor Ə.Əfqan 8 martla əlaqədar dalbadal alınan üç günlük fasilədən sonra işə gələndə bloknotundan bir vərəq qoparıb mənə uzatdı:

 

Bax, məqsədəuyğun bilsən, nömrəyə verərsən.

 

Bu, yuxarıda adını çəkdiyim qərarın əleyhinə səs vermiş xalq deputatlarının Əfqanın əli ilə yazılmış siyahısı idi: görünür, ya haradansa tələsik köçürdüyünə, ya da kiminsə tərəfindən diktə edildiyinə görə bir sıra tanınmış şəxsiyyətlərin, sadəcə, adını qeyd eləməklə kifayətlənmişdi.

 

Siyahıda Heydər Əliyevin, İsmayıl Şıxlının, o vaxt, səhv eləmirəmsə, Ali Sovetin Rəyasət Heyəti sədrinin müşaviri olan Tofiq Məsim oğlu Bağırovun, Sabir Rüstəmxanlının, İsa Qəmbərovun, Etibar Məmmədovun bir çox digər tanınmış şəxsin adı-soyadı vardı.

 

Düzü, heç bir mətnaltı məqsəd güdmədən, sadəcə, tarix üçün, elə bu sərlövhə altında həmin siyahınıHəyatqəzetinin 12 mart nömrəsində, 3- səhifənin birinci sütununda dərc elədik. Yaxşı yadımdadır ki, daha üç gün sonra rəhmətlik Babək Hüseynoğlunun baş redaktoru olduğuAydınlıqqəzeti hətta bugünkü Azərbaycan jurnalistikası üçün nadir fakt: ilkin mənbəni qeyd etməklə! – həmin siyahını təkrarən dərc elədi. İnsafən, orada da siyahıya hansısa şərh-filan əlavə olunmamışdı...

 

Sonra avqustun 29-30-u, Ali Sovetin növbəti sessiyası olmuşdu. O vaxt artıq MoskvadaQeKaÇePe” (“Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi”) məzhəkəsi baş vermiş əsas rollarının ifaçılarıMatrosskaya tişinahəbsxanasına atılmış, yaxud öz əlləri ilə özlərini o dünyalıq eləmiş, Boris Yeltsin Kommunist Partiyasının fəaliyyətinin qadağan edilməsi barədə fərman imzalamış, bir sıra müttəfiq respublikalar, o cümlədən Ukrayna (24 avqust), Belarus (25 avqust), Moldova (27 avqust), Özbəkistan (31 avqust), Qırğızıstan (31 avqust) rəsmən müstəqilliklərini elan etmiş, digərləri (məsələn, Tacikistan, bədnam qonşularımız s.) isə bu yolda əsas mərhələni, uzağı, sentyabr ayında keçmişdilər.

 

Həmin sessiyada yenə bir qrup deputatın təkidi ilə avqustun 30-daAzərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqındaAzərbaycan Respublikasi Ali Sovetinin bəyannaməsi qəbul olunmuşdu. Bu, həqiqətən adi bəyannamə idi bununla Azərbaycan Respublikası MÜSTƏQİL DÖVLƏT olmurdu. Hərçənd bəyannamədə deyilirdi ki:

 

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq onun iradəsini ifadə edərək,

 

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,

 

Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanaraq,

 

Azərbaycan xalqının müqəddəratı azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək,

 

milli mənsubiyyətindən dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına əsas azadlıqlarına təminat verərək,

 

Azərbaycan Respublikasının suverenliyi ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq,

 

Azərbaycan Respublikasının təhlükəsizliyini dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,

 

respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,

 

Azərbaycan Respublikasının onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları başqa sənədləri qəbul edərək,

 

SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,

 

beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”.

 

Bəyannamənin ardınca Ali SovetAzərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqındaaktın layihəsini hazırlamaq barəsindəqərar qəbul etmişdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqındaAzərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə əsaslanaraq Ali Sovetin Rəyasət Heyətinə tapşırılmışdı ki, “Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları ilə birlikdə Azərbaycan Respublikası xalq deputatlarının təklif qeydlərini nəzərə alaraqAzərbaycan Respublikasının müstəqilliyini bərpa etmək haqqındaaktın onun həyata keçirilməsi haqqında qərarın layihələrini iki həftə müddətində hazırlasın Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə versin”.

 

...İki həftə isə ayyarım çəkmişdi. Mənim həmin prosesdən az-çox məlumatım vardı bilirdim ki, sonralarAzərbaycan Respublikasının dövlət müstəqilliyi haqqındakonstitusiya aktı adlandırılacaq həmin sənəd üzərində parlamentin o vaxtkı işçiləri Şahin Əliyev, Abbas Atakişiyev, yuxarıda adını çəkdiyim Tofiq Bağırov, xalq deputatlarından Tofiq Qasımov necə gərgin fədakarcasına işləmişlər.

 

...Ali Sovet sədrinin köməkçisi, böyük vətənpərvər, alim yazıçı Balaş Abbaszadə zəng vurdu:

 

DeputatlarAzərbaycan Respublikasının dövlət müstəqilliyi haqqındakonstitusiya aktının qəbuluna başlayırlar. İş otağımdakı daxili radio-selektoru telefona qoşuram, dinlə, bu da bir tarixdir.

 

Sənədi hazırlayan komissiyanın adından xalq deputatı Hacıbaba Əzimov çıxış edirdi. O, konstitusiya aktını maddə-maddə oxuyur, deputatlar isə cüzi əlavə düzəlişlərlə münasibətlərini bildirirdilər.

 

Sonuncu maddə oxunub qurtaranda iclas salonunu alqış səsləri başına götürdü. Ali Sovetin sədri mərhum Elmira Qafarova həmişə çətinliklə danışdığı Azərbaycan dilində deputatlara təşəkkür edərək onların alqışlarını bu tarixi sənədin qəbulunun ifadəsi olduğunu bildirdi.

 

Əleyhinə varmi?” – “Yox!”, “Bitərəf qalan?” – yenəYox”. (Axşam dövlət televiziyasının ekranından rəsmi rəqəmi gördüm: iclasda iştirak edən 258 xalq deputatının HAMISI yekdilliklə” – demişdi.)

 

Daha gözləməyin yeri deyildi: məni boğan unudulmaz hisslərin təsiri altında toya gəldim. Necə deyərlər, məclis arəstə idi. Hiss olunurdu ki, tarixi hadisədən heç kimin xəbəri yoxdur. Ona görə sağlıq söyləmək üçün mənə söz veriləndə təbriknamənin mətni artıq öz-özünə hazır idi. Bəylə gəlinin son dərəcə xoşbəxt azərbaycanlı olduğunu toylarının artıq MÜSTƏQİL AZƏRBAYCANda çalındığını zorla söyləyə bildimkövrəldim, boğazım qovuşdu...

 

Sonrası da unudulmazdır: qəzetimizin səhifələndiyiKommunistnəşriyyatının linotip sexinə iki araq şüşəsi ilə gəldim. Birinci səhifəni işləyən metranpaj Xanlara iri, çox iri – 78 keqllik şriftlərləMüstəqilliyin mübarək, Azərbaycan!” şüarını yığdırıb səhifənin lap yuxarısına qoyandan sonra arağın birini açıb səhifənisulamağabaşladım...

 

İkinci şüşəylə növbətçi briqadanın üzvləriazadlığa həsrətürəklərini suladılar. Təxminən saat 22- baş redaktor da gəlib çıxdı, yüksək rütbəli bütün məmurlara xas olan qaydada hamını rəsmi təbrik elədi, səhifələrə baxmaq istədiyini bildirəndə isə məlum oldu ki, birinci səhifə çıxır: hamımızın illər boyunöyüt arağıadlandırdığımız o 40 dərəcəli maye mətbəə rəngini elə yuyub aparmışdı ki, səhifənin təzədənqaralmasıüçün xeyli gözləyəsi olduq...

 

P.S. Müstəqilliyin yolu həqiqətən uzun əzablı imiş.

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyi üzrə Azərbaycan Respublikası referendumunun keçirilməsi haqqındaAzərbaycan Respublikası Ali Sovetinin 266 deputatının (!) yekdil rəyi ilə qəbul olunmuş 1991-ci il 15 noyabr tarixli qərarına əsasən, həmin il dekabrın 29-da Azərbaycan RespublikasındaSiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi konstitusiya aktına tərəfdarsınızmısualı ilə referendum keçirildi. Başqa sözlə, beynəlxalq hüquqa görə, Azərbaycan yalnız 1991-ci il dekabrın 29-da, keçmiş müttəfiq sovet respublikalarının hamısından sonra rəsmən müstəqilliyinə qovuşdu, daha doğrusu, 1918-ci ildə elan etdiyi dövlət müstəqilliyini bərpa etdi.

 

Xatırladıram ki, bu vaxtSSRİdeyilən siyasi məfhum da artıq mövcud deyildi: bu dövlətin prezidenti dekabrın 25- televiziya ilə çıxış edərək səlahiyyətlərini yerə qoyduğunu bəyan etmiş, SSRİ-nin dövlət bayrağı Kremlin üzərindən endirilmişdi.

 

P.P.S. Əgər hansısa bir qərarın qəbul edilməsinəyoxformasında reaksiya vermək istiqlalçılıq adlandırılırsa, heç bilmirəm ki, həqiqi MÜSTƏQİLLİK AKTINI qəbul eləmiş 258 deputata hansı ad verilə bilər?!.

 

18 oktyabr 1991,

19 oktyabr 2012  
 





31.10.2012    çap et  çap et