525.Az

Səfər Əbiyev İran səfirini qəbul edib


 

Səfər Əbiyev İran səfirini qəbul edib<b style="color:red"></b>

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri yeni səfiri təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb.

 Görüşdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 Sonda Səfir Möhsün Pakayin İran İslam Respublikasının Azərbaycan Respublikasına təyin edilmiş yeni hərbi attaşesini müdafiə nazirinə təqdim edib.

 





31.10.2012    çap et  çap et