525.Az

Himnimiz aranjeman olunur


 

Himnimiz aranjeman olunur<b style="color:red"></b> “Azərbaycanın dövlət himninin aranjeman edilməsi bir neçə nəfərə tapşırılıb. Yəni dövlət himninə bir neçə variantda aranjeman olunacaq və həmin variantlardan ən yaxşısı seçiləcək”.

Bunu Lent.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirib. O qeyd edib ki, dövlət himninə aranjeman edilməsinin məqsədi himnimizin dünyaya daha yaxşı və yeni cür təqdim edilməsidir: “İdeya da bundan qaynaqlanır”.
 
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə Lent.az-a açıqlamasında bildirib ki, bununla bağlı İttifaqda heç bir məlumat yoxdur: “Bu məsələ ilə bağlı mənə heç kim, heç nə deməyib”.
 
“Üzeyir Hacıbəylinin bəstəsi olan dövlət himninə aranjeman edilməlidirmi?” sualına xalq artisti belə cavab verib: “Bu telefonla müzakirə ediləsi məsələ deyil. Bunu araşdırmaq, geniş müzakirə etmək lazımdır”.
 
F. Əlizadənin sözlərinə görə, bu məsələ müstəqilliyin ilk illərində də (həmin vaxt Tofiq Quliyev Bəstəkarlar İttifaqının sədri, Firəngiz Əlizadə İttifaqın katibi olub) müzakirə edilib, lakin qəbul edilməyib.
 





08.07.2014    çap et  çap et