525.Az

Şəmsəddin Hacıyev: “İndiyə qədər belə bir qanun layihəsi olmayıb”


 

Şəmsəddin Hacıyev: “İndiyə qədər belə bir qanun layihəsi olmayıb”<b style="color:red"></b>

Yeni hazırlanan "Elm haqqında" qanun layihəsi ölkədəki elmi işçilərin sosial müdafiəsinə də imkan verəcək.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Ş.Hacıyev bildirib ki, "Elm haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq:

“Qanun layihəsinin 2013-cü ilin dövlət büdcəsi müəyyənləşəndən sonra müzakirəyə çıxarılması nəzərdə tutulur”.

Ş.Hacıyev vurğulayıb ki, indiyə qədər elm sahəsi ilə bağlı belə bir qanun layihəsi olmayıb. Bu qanun elmin inkişafı üçün lazım olan proseslərin qanun müstəvisində həyata keçirilməsinə imkan yaradacaq.

S.QARAYEVA


 

 





31.10.2012    çap et  çap et