525.Az

Ərdoğan Avropa Birliyinə sərt mesajlar göndərib


 

Ərdoğan Avropa Birliyinə sərt mesajlar göndərib<b style="color:red"></b>

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan 2023-cü ilə qədər AB-yə daxil olacaqlarını deyib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir jurnalistlərin suallarını cavablandıraraq ən son hansı tarixdə AB-yə üzv ola biləcəklərini deyib:

“AB bizi qəbul etməzsə o zaman o bir təşkilat kimi öz dayaqlarını itirəcək. Hələ də bizim məqsədimizi başa düşmürlər. Biz təşkilata yük olmaq üçün deyil, onun yükünü bacardığımız qədər azaltmaq üçün daxil olmaq istəyirik. Türkiyədən başqa heç bir dövlət 50 ildən də artıq bir müddətdə AB-nin qapısı önündə gözləməyib. Biz qərarımızda israrlıyıq”.

27 ölkə istisna olmaqla təşkilata üzv olan digər dövlətlərin birlik üçün yük olduğunu deyən baş nazir 75 milyon əhalisi olan Türkiyənin iqtisadi cəhətdən AB-yə verə biləcəyi tövsiyyələrin əhəmiyyətindən danışıb. Baş nazir AB-nin bir sıra önəmli məsələlərində yalnız müzakirəçi ölkə olduğunu deyərək liderlərin zirvə toplantısında iştirak etmədikləri üçün məyus olduğunu dilə gətirib.

Nigar Məhərrəm

 





31.10.2012    çap et  çap et