525.Az

Ağdamda minaya düşən çoban öldü – Yenilənib


 

Ağdamda minaya düşən çoban öldü – <b style="color:red">Yenilənib</b>

Bu səhər minaya düşən Azərbaycanın mülki vətəndaşı dünyasını dəyişib.

Lent.az-ın “anspress”ə istinadən xəbərinə görə, Yevlax rayonunda çoban işləyən Mirzə Vəli oğlu Həmzəyev yerləşdirildiyi hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, minaya düşən Mirzə Vəli oğlu Həmzəyev 1964-cü il təvəllüdlüdür. Onun Yevlax rayonundan gəldiyi bildirilir.

O, Ağdama oğlunun yanına gəlibmiş. Mirzə Həmzəyev ərazini yaxşı tanımadığı üçün neytral zonaya keçib və minaya düşüb.

10:56

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mülki şəxs minaya düşüb.

APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.
 
Cəbhə xəttində qoyun otaran Yevlax rayon sakini, 1964-cü il təvəllüdlü Mirzə Vəli oğlu Həmzəyev minaya düşərək ağır yaralanıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.
 
Ağdam rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər.

 





09.07.2014    çap et  çap et