525.Az

Universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi müzakirə olunub


 

Universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi müzakirə olunub<b style="color:red"></b>

Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə "Davamlı inkişaf mədəniyyəti: universal milli dəyərlərin qarşılıqlı əlaqəsi" mövzusunda IV Beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfrans Milli Elmlər Akademiyası, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, UNESCO məsələləri üzrə Rusiya Federasiyası Komissiyası, "BMESU" Akademiyasının Qloballaşma Davamlı İnkişaf İnstitutu, Cənubi Rusiya Qeyri-Hökumət Ali Məsələləri Assosiasiyası tərəfindən dəstəklənir.

Konfransda 14 ölkədən 25-dən çox alim mütəxəssis iştirak edir.

Konfransı açan mədəniyyət turizm naziri Əbülfəs Qarayev mədəniyyət anlayışının artıq cəmiyyətin həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilərək bütün sahələrdə öz gücünü göstərdiyini bildirib: "Davamlı inkişaf haqqında danışarkən bunu mədəniyyətdən kənar təsəvvür etmək mümkün deyil. Davamlı inkişaf insanın, həmçinin cəmiyyətin hərtərəfli inkişafı, bütün sahələrdə gedən yeniliklərə uyğunlaşmasıdır. Bu gün sənayenin, iqtisadiyyatın, enerji sektorunun, ekologiyanın, turizmin artıq mədəni anlayışların çərçivəsində inkişaf etdirilməsindən danışılır.

Ərazilərinin 20 faizinin erməni işğalı altında olmasına baxmayaraq, Azərbaycan üçün keçmişə münasibət, dəyərlərin qorunması gələcəyin inkişafının təminatçısı kimi qəbul olunur. Yeni şəhərlərin tikilməsi ilə yanaşı, eyni zamanda, köhnə tarixi yerlər qorunur".

Tədbirin təşkilinin Azərbaycan dövlətinin müvafiq sahəyə diqqətinə daha bir bariz nümunə olduğunu deyən nazir Əbülfəs Qarayev konfransın işinə uğurlar arzulayıb.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Moskvada UNESCO Bürosunun Azərbaycan, Belarus, Moldova, Rusiya Federasiyanın mədəniyyət proqramları üzrə mütəxəssisi Lyubava Moreva, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Rusiya Federasiyasından Qloballaşma Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov konfransın əhəmiyyətini, aktuallığını vurğulayıb tədbir iştirakçılarına uğurlar arzulayıb.

Çıxışlarda konfransın mövzusu ilə bağlı Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilib: "Azərbaycanın birinci xanımı, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə elə böyük təhsil, mədəniyyət proqramları həyata keçirilir ki, onlarsız davamlı inkişafa nail olmaq mümkün deyil. Konfransda insanın təbiəti mədəniyyətin mahiyyəti, mədəni ənənələr insan fəaliyyəti, sosial inkişafda mədəniyyətin proqramlaşdırıcı funksiyası, mədəniyyət ənənələrə postmodern yanaşma, mədəni qloballaşmanın mahiyyəti perspektivləri məsələlərinə xüsusi diqqət yetirilir. Mədəni qloballaşma mədəni müxtəlifliyin qorunması problemi, mədəniyyətlərin yaxınlaşması davamlı inkişaf mədəniyyətinin birləşdirici xüsusiyyəti, sosial kapital davamlı inkişaf mədəniyyətinin dəyərlər sistemi, davamlı inkişaf mədəniyyətinə keçid mədəni siyasətin məqsədi kimi, davamlı inkişaf mədəniyyətinin formalaşmasında təhsilin, maarifin, KİV-in rolu məsələləri konfransın əsas müzakirə mövzularındandır".

S.ABDULLAYEVA

 





09.07.2014    çap et  çap et