525.Az

Elman Rüstəmov isveçrəli həmkarı ilə görüşüb


 

Elman Rüstəmov isveçrəli həmkarı ilə görüşüb<b style="color:red"></b> Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov İsveçrə Milli Bankının sədri Tomas Cordan ilə görüş keçirib.

Bu barədə Lent.az-a MB-dan məlumat verilib. 5-6 iyul 2014-cü il tarixlərində Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın daxil olduğu Seçki Qrupunun Bakıda növbəti toplantısında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan T. Cordan tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına öz təşəkkürünü bildirib.
 
T. Cordan Seçki Qrupunun toplantısı çərçivəsində aparılan müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini və İsveçrə, o cümlədən qrupda təmsil olunan digər ölkələrlə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
 
AMB-yə göstərilən genişmiqyaslı texniki yardım proqramlarına görə İsveçrə Mərkəzi Bankına minnətdarlığını bildirən E. Rüstəmov, bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
 
İsveçrə Milli Bankının sədri həmçinin AMB-nin əməkdaşları üçün “İsveçrə Milli Bankının pul siyasəti” mövzusunda təqdimatla çıxış edərək pul siyasətinin yeni alətləri, qlobal böhran zamanı və böhrandan sonrakı dövrdə pul siyasətinin dizaynı barədə nəzəri və praktiki biliklərini paylaşıb.
 
Daha sonra tərəflər ikitərəfli əməkdaşlığın istiqamətləri barədə geniş müzakirələr aparıb.
 





09.07.2014    çap et  çap et