525.Az

“Kurtlar Vadisi Pusu” nə zaman bitəcək?


 

“Kurtlar Vadisi Pusu” nə zaman bitəcək? <b style="color:red"></b>

“Kurtlar Vadisi Pusu”nun ssenari müəllifləri Bahadır Özdener və Cüneyt Aysan Türkiyədə televiziya proqramlarının birinə qatılaraq serial haqda izləyicilərin suallarıın cavablandırıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bahadır Özdener canlı yayımda “Tvitter” sosial şəbəkəsindən izləyicilərin verdiyi sualları cavablandıraraq “Kurtlar Vadisi Pusu”nun nə zaman bitəcəyi haqda danışıb:

“Bu haqda konkret məlumat verə bilmərik. Serialı hələ də bitirmək fikrində deyilik. Rəsmi şəxslərdən biri bizə kürd problemi həll edilmədən serialı bitirməməyi tövsiyə edib. Biz hər il serialı iyulda yekunlaşdırmaq üçün başlayırıq”.

Suriyada baş verən hadisələrin serialda canlandırılacağı haqda danışan müəllif öncəki bölümlərdə də bu problemlərə toxunduqlarını vurğulayıb. 

Cüneyt Aysan “Kurtlar Vadisi Pusu” vasitəsi ilə dünya tarixində baş verən ən son olayları işıqlandıracaqlarını deyib.

Nigar Məhərrəm

 





31.10.2012    çap et  çap et