525.Az

"Prezidentin qızı" təqdim olunub


 

"Prezidentin qızı" təqdim olunub<b style="color:red"></b>

Kitabevim.az kitab kafesində yazıçı Vüsal Nurunun “Prezidentin qızı” kitabının təqdimatı keçirilib.

525.az-ın verdiyi məlumata görə, t
ədbirin moderatoru yazıçı, tərcüməçi Əyyub Qiyas Vüsal Nurunun yaradıcılığından söz açıb, onun fantastika janrında indiyədək maraqlı əsərlər qələmə aldığını vurğulayıb bildirib ki, V. Nurunun daha çox qadın zorakılığının dayandırılması şüarı ilə yazdığı əsərləri ilə fərqləndiyini bildirib.

Müəllifin indiyədək  “Yağış damlasıyam”, “Eybəcərlər adası”, “999” kitabları nəşr olunub,  həmçinin “Ölülərin göz yaşı”, “Depo”, “Rape” qısametrajlıfilmlərinin, “Məhkumlar”, “Tək olanda qorxma” seriallarının ssenari müəllifi, eləcə də “Qaranlıqlar çiçəyi”, “Sevginin gözyaşları” seriallarının ssenarisini yazanlardan biridir.

Tənqidçi Əsəd Cahangir, kitabın redaktoru Ehtiram İlham, şairlər Elnaz Eyvazlı, Qılman İman gənc müəllifə uğurlar arzulayıblar.

Sonda çıxış edən Vüsal Nuru dünyada qadın zorakılığının artdığını, əsərlərində bu mövzunun işıqlandırılmasını özünə borc bildiyini vurğulayıb. Daha çox dəhşət, mistika, fantastika janrına müraciət etdiyini deyən müəllif yeni kitabında bunlarla yanaşı qadın zorakılığının dayandırılması ilə bağlı məsələləri işıqlandırdığını qeyd edib.

Təqdimatın diqqətçəkən məqamlardından biri kitabın personajı, zorakılıq qurbanı olan prezidentin qızının tədbirdə görünməsi söylədiyi monoloq olub.

S.ABDULLAYEVA

 





09.07.2014    çap et  çap et