525.Az

Polad Bülbüloğlu Bakıdadır


 

Polad Bülbüloğlu Bakıdadır<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq Artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. 

525.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri və xaricdən gəlmiş qonaqlar dövlət başçısını qarşılayıblar.  Prezident İlham Əliyevə məlumat verilib ki, abidənin müəllifi əməkdar incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan hazırlanmış abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir.
Daha sonra Azərbaycan Prezidenti mərasimdə çıxış edib.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Rusiyanın Xalq Artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışıblar.

Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Bülbülün ailə üzvləri adından dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev görkəmli müğənni Bülbülün ailə üzvləri və qonaqlarla xatirə şəkli çəkdirdi, onlarla səmimi söhbət edib.

 





31.10.2012    çap et  çap et