525.Az

Gömrükçülər narkotik qaçaqmalçılarını saxlayıb


 

Gömrükçülər narkotik qaçaqmalçılarını saxlayıb<b style="color:red"></b> Azərbaycan gömrükçüləri tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
 
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Norouzı Rad Mahdı Rahım oğlu saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
 
Şəxsi yoxlama zamanı onun şalvarının kəmərlə kəmərbəndinin arasında gömrük nəzarətindən gizlədilmiş, sellofan paketdə qablaşdırılmış 14 ədəd fenobarbital adlı həb aşkar edilib. İran vətəndaşının ayaqqabısının hər bir tayından, ayaqqabının tərliklərinin altından, hər tayda 3 büküm olmaqla, cəmi 6 bükümdə - 5 ədəd bükümdə ümumi xalis çəkisi 56,264 qram heroin, 1 ədəd bükümdə isə xalis çəkisi 5,110 qram olan metamfetamin aşkarlanıb.
 
Qeyd edək ki, fenobarbital adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət olunan psixotrop maddələr”in III Siyahısına, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
 
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda isə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Saqiyev Əflan Əliövsət oğlunun üzərindən isə şəxsi yoxlama zamanı onun alt geyiminin altından, yapışqanlı lentlə bədəninə yapışdırılaraq gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan bükümdə xalis çəkisi 6 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
 
Hazırda hər iki fakt üzrə təhqiqat aparılır.
 





09.07.2014    çap et  çap et