525.Az

İrandan Azərbaycana təhlükəli virus gəlir


 

İrandan Azərbaycana təhlükəli virus gəlir<b style="color:red"></b> İranla sərhəd ərazilərdən Azərbaycana "Nodulyar dermatit” xəstəliyinin yayılma ehtimalı var.

Lent.az-ın “Movqe.az”a istinadən xəbərinə görə, bu barədə Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Y. Xanvəli deyib ki, hələ ki, İranla, eləcə də Türkiyə ilə həmsərhəd olan bölgələrimizdə "Nodulyar dermatit” xəstəliyi qeydə alınmayıb. Amma bununla belə Y. Xanvəli belə bir təhlükənin gözlənilən olduğunu, İranla həmsərhəd ərazilərdə mal-qara saxlayan şəxslərin profilaktik tədbirlər görməsinin zəruri olduğunu bildirib: "Ümumiyyətlə, bu xəstəliyə görə, ölkəmizdə epizootik vəziyyət sabitdir. Amma heyvanların çimizdirilməsi, mütəmadi olaraq dezinfeksiyaedici maddələrlə dezinfeksiya edilməsi vacibdir. Xəstəliyin əsas daşıyıcısı qansorucu həşəratlardır. Xəstəlik heyvanlar arasında geniş yayılır və insana keçmir. Amma heyvanlarda ölüm halları baş verə bilər. Əgər 100 heyvana bu virus keçibsə, 10 baş heyvanın tələf olması gözləniləndir. Üstəlik heyvanlarda məhsuldarlıq aşağı düşür, çəkiləri, südləri azalır".

Qeyd edək, İranın İlam, Kürdistan, Kirmanşah və Azərbaycanla həmsərhəd olan Qərbi Azərbaycan əyalətində təxminən 1 aydan çoxdur ki,  heyvanlar arasında yoluxucu dəri xəstəliyi "Nodulyar dermatit” yayılıb.
 





09.07.2014    çap et  çap et