525.Az

Lidinqton: “Britaniya Avropa Birliyi ilə Azərbaycan əlaqələrini dəstəkləyir”


 

Lidinqton: “Britaniya Avropa Birliyi ilə Azərbaycan əlaqələrini dəstəkləyir”<b style="color:red"></b> Avropa Parlamentinin Britaniyadan olan üzvü Devid Lidinqton Britaniya hökumətinin Avropa Birliyi ilə Azərbaycan arasında olan sıx əlaqələri dəstəklədiyini bəyan edib.

Bu barədə APA-ya Avropa Azərbaycan Cəmiyyətindən (AAC) bildirilib.

AAC-ın yaydığı məlumatda qeyd olunub ki, son 20 ildə Böyük Britaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edib və hazırda Azərbaycandakı xarici sərmayələrin 50 faizi bu ölkəyə məxsusdur. Azərbaycan hər zaman Qərbə inteqrasiyaya üstünlük verib və  cari ilin iyulun 7-də  hakim Yeni Azərbaycan Partiyası xristian demokratiyasını və liberal konservativlik prinsiplərini dəstəkləyən Avropa Xalq Partiyasına qoşulmaq istəyini bəyan edib.
 
D.Lidinqton Britaniya hökumətinin Avropa Şurasında keçirilən Avropa İqtisadi Birliyinin və onun üzv dövlətləri, eləcə də Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlıq müqavilələri müzakirəsində iştirak etdiyini və müsbət rəy bildirdiyini bəyan edib. Bu sazişlər ilk növbədə Azərbaycanın  “Fiscalis 2020” və “Customs 2020” proqramlarında iştirakını nəzərdə tutur. Bunlar İnformasiya Texnologiyası əsasında vergi və gömrük sistemlərinin inkişafı ilə bağlı məlumat və təcrübə mübadiləsini asanlaşdırmaq üçün mövcud olan proqramlardır.
 
Devid Lidinqton qeyd edib ki, Azərbaycan və Cənubi Qafqaz regionu Avropa Birliyi və Böyük Britaniya üçün strateji əhəmiyyət kəsb edir. Böyük Britaniya dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatının ən böyük xarici sərmayəçisidir. Bu regionun davamlı stabilliyi Britaniyanın rifahı və enerji təhlükəsizliyi məsələlərində əsasdır və məhz buna görə London  Azərbaycan və Avropa Birliyi arasındakı əlaqələri daha da gücləndirmək istəyirik.
 
“Azərbaycanın Avropa Birliyinin proqramlarına qoşulması Azərbaycan və Avropa Birliyi arasındakı əlaqələrin və Azərbaycanın Avropa standartları istiqamətində davamlı islahatlarının möhkəmlənməsi deməkdir. Bir sözlə, Böyük Britaniya Şərqlə qonşuluq əlaqəsinə bir nümunə olan Avropa Birliyi ilə Azərbaycanın sıx əməkdaşlığını dəstəkləyir”, - deyə Devid Livinqton vurğulayıb.
 





09.07.2014    çap et  çap et