525.Az

1:7 hesabını yuxusunda görən braziliyalı


 

1:7 hesabını yuxusunda görən braziliyalı<b style="color:red"></b>

Braziliyanın Sao Paulo şəhərində yaşayan Flavio Spina adlı mühəndis "DÇ-2014"ün yarımfinalında keçirilən Braziliya - Almaniya matçının (1:7) nəticəsini bir gün öncə yuxusunda görüb.

Qol.Az-ın məlumatına görə, Spina yuxusu ilə bağlı oyundan 14 saat öncə "facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. 

Onun paylaşımına rəy bildirən dostları bu hesabın mümkünsüz olduğunu bildirərək Spinanı ələ salıblar. Lakin hesabın özünü doğrultması çoxlarının təəccübünə səbəb olub.

Bununla bağlı "Qlobo" televiziyasına danışan mühəndis "belə bir yuxunun doğru çıxmasını heç kəs gözləmirdim və hələ də buna inanmaqda çətinlik çəkirəm" deyə bildirib.

 





09.07.2014    çap et  çap et