525.Az

Təhsil kreditlərinin verilməsi sonradan problemlər yaradacaq


 

Təhsil kreditlərinin verilməsi sonradan problemlər yaradacaq<b style="color:red"></b>

"Təhsil kreditləri" haqqında qanun layihəsinə ehtiyac yoxdur".

525.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib:

“Bunun bir neçə arqumenti var. Təhsil kreditlərinin verilməsi sonradan bir sıra problemlərin yaranmasna gətırib cıxaracaq. Universitetlərin məzunlarının qarşılaşdığı işsizlik problemi təhsil kreditlərinin geri qaytarılmasına imkan verməyə bilər. Tutaq ki, bu kreditlər verildi, ancaq bir müddətdən sonra geri qaytarılmadı. Nələr baş verə bilər? Yenidən borc problemləri baş qaldırar ki, bu da arzuolunan deyil. Ona görə də məsələylə bağlı hədsiz dərəcədə düşünmək lazımdır”.

Ş. Hacıyev deyib ki, elə bir sistem qurmaq lazımdır ki, bu kreditlər güzəştli olsun və onun geri qaytarılması üçün real təminat verilsin:

“Mən ancaq belə bir sistemin yaradılacağı halda təhsil kreditlərinin verilməsinin tərəfdarıyam”.

S.QARAYEVA

 





31.10.2012    çap et  çap et