525.Az

FHN Ucardakı qəza ilə bağlı məlumat yayıb


 

FHN Ucardakı qəza ilə bağlı məlumat yayıb<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonu ərazisində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

525.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 254-cü kilometrliyində vətəndaşa məxsus “Qazel” markalı yük avtomobili ilə “Mercedes” markalı yanacaq daşıyan avtomobil toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin avtoçənində olan yanacaq yerə dağılıb və hər iki avtomobilin yanar hissələri yanıb.
 
Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə sakinlər tərəfindən xəstəxanaya aparılıb. “Qazel” markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Quliyev Zabir Səməd oğlunun meyiti və avtomobildə olan şəxsiyyətləri məlum olmayan sərnişinlərdən 1 nəfərin meyiti və digər 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 





09.07.2014    çap et  çap et