525.Az

Şagirdlərin illik qiymətlərinin yeni hesablanma qaydası qəbul edilib


 

Şagirdlərin illik qiymətlərinin yeni hesablanma qaydası qəbul edilib<b style="color:red"></b> Şagirdlərin illik qiymətlərinin hesablanması ilə əlaqədar bəzi dəyişikliklər edilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. 
 
Təhsil naziri Mikayıl Cabbarovun 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar" təsdiq edilib. Həmin qaydaların 6-cı və 7-ci bəndlərinin tətbiqi ilə əlaqədar təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli əmri ilə təsdiq olunmuş "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"a illik qiymətin çıxarılması ilə bağlı müvafiq dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.
 
Təhsil nazirinin əmrinə əsasən, "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"da şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanacaq.
 





09.07.2014    çap et  çap et