525.Az

Rusiyadan yeni qayıdan Tovuz sakini anasını öldürüb


 

Rusiyadan yeni qayıdan Tovuz sakini anasını öldürüb<b style="color:red"></b> Tovuzda qətl hadisəsi törədilib.

APA TV-nin qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini 38 yaşlı Əli Vəliyev öz doğma anası 72 yaşlı Tamilə Quliyevanı bıçaqlayaraq qətlə yetirib. Rayon Prokurorluğundan verilən məlumata görə hadisə Şəhərin Nəsimi küçəsində baş verib. Uzun müddət Rusiyada yaşayan Əli Vəliyev ölkəyə 10 gün əvvəl gəlib.
Mərhum Tamilə Quliyeva ilə birgə yaşayan övlad anası ilə mübahisə etdikdən sonra onu qətlə yetirib. Ağır yaralanan ana qonşuya qaçıb və orada vəfat edib. Hadisəni törədən 38 yaşlı Əli Vəliyev isə cinayətini etiraf edərək polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb araşdırma aparılır. Qeyd edək ki, 2 oğul bir qız anası olan 72 yaşlı qadın uzun müddət Tovuz Mərkəzi Xəstəxanasında tibb bacısı kimi çalışıb.
 





09.07.2014    çap et  çap et