525.Az

3 xəstəyə sümük iliyi köçürülüb


 

3 xəstəyə sümük iliyi köçürülüb<b style="color:red"></b> “Azərbaycanda sümük iliyinin transplantasiyasına başlanılıb”.

Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin kollegiya iclasında bildirib. O qeyd edib ki, uzun illər qarşıda dayanan sümük iliyinin transplantasiyası proble­mi də öz müsbət həllini tapır:
"Artıq bizim həkimlər Belarusdan gələn mütəxəssislərlə birgə 3 xəstəyə sümük iliyi köçürüblər. Düşünürəm ki, bu, bizim üçün həqiqətən böyük uğurdur".

Nazirin sözlərinə görə, tək-tək ölkələr var ki, orada sümük iliyinin transplantasiyası əməliyyatları yerinə yetirilir: "Nəinki keçmiş Sovet İttifaqı ölkələrində, Avropada da ancaq yüksək inkişaf etmiş dövlətlərdə bu cür əməliyyatlar həyata keçirilir. Həm sümük iliyi transplantasiyası əməliyyatı, həm də əməliyyatdan sonra xəstənin vəziyyətdən çıxarılması üçün çox böyük vəsait tələb olunur və bu vəsait Azərbaycanda dövlət tərəfindən ödənilir".
 





09.07.2014    çap et  çap et