525.Az

“QHT-lərin həyəcan şəbəkəsi” yaradılıb


 

“QHT-lərin həyəcan şəbəkəsi” yaradılıb<b style="color:red"></b>

Azərbaycanda “QHT-lərin həyəcan şəbəkəsi” yaradılıb.

“Media forum” saytı xəbər verir ki, şəbəkəni iyulun 9-da Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi təsis edib.

Şəbəkəyə daxil olanların sırasında Arzu Abdullayeva, Azər Mehtiyev, Mirvari Qəhrəmanlı, Leyla Əliyeva, Əsabəli Mustafayev, Elçin Abdullayev, Fuad Həsənov, Qubad İbadoğlu, Razi Nurullayev, Şəhla İsmayıl və digərləri var.

Şəbəkə üzvlərindən Elçin Abdullayev (Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri) “Media forum” saytına deyib ki, ilkin olaraq prezident İlham Əliyevlə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin görüşünün təşkili üçün müraciət etmək, həyəcanlı vəziyyətin aradan qaldırılması səylərinin artırılması məqsədilə QHT-lərə Dövlət Dəstəyi Şurası qarşısında təşəbbüslə çıxış etmək niyyətindədirlər.

“QHT-lərin həyəcan şəbəkəsi”nin Azərbaycandakı xarici ölkə səfirliklərində görüşlər keçirmək, mövcud vəziyyəti qiymətləndirən sənəd hazırlayıb onu dövlət strukturlarına, səfirliklərə, beynəlxalq təşkilatlara vermək, bəzi xarici dövlətlərin başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə müraciətlər göndərmək kimi planları da var.

Şəbəkə üzvləri arasında müzakirə olunan işlər sırasına etiraz piketlərinin keçirilməsi, QHT-lərin fəaliyyətini məhdudlaşdıran  qanun pozuntularına qarşı məhkəmələrdə iddiaların qaldırlılması, həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin azadlığa burxalması istiqamətində tədbirlərin davam etdirilməsi də daxildir.

 





09.07.2014    çap et  çap et