525.Az

Almaniya finalda Argentinaya rəqib oldu


 

Almaniya finalda Argentinaya rəqib oldu<b style="color:red"></b>

Bu gecə DÇ-2014-ün digər finalçısının adı məlum olub.

Qol.Az-ın məlumatına görə, yarımfinal matçında Argentina və Hollandiya milliləri üz-üzə gəlib.

Görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Pemaltilər seriyasında daha dəqiq olan (4:2) Argentina millisi finala yüksəlib.

Beləliklə, finalda Almaniya və Argentina milliləri qarşılaşacaq. Görüş iyulun 13-də keçiriləcək. Qeyd edək ki, bu komandalar 1990-cı ildə keçirilən mundialın finalında da üz-üzə gəliblər və almanlar 1:0 hesablı qələbə ilə dünya çempionu adını qazanıb.

Hollandiya və Braziliya yığmaları isə iyulun 12-də üçüncü yer uğrunda üz-üzə gələcək.

9 iyul

"DÇ-2014", yarımfinal mərhələsi

01:00. Hollandiya - Argentina - 0:0 (Penaltilər seriyası - 4:2)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)


PENALTİLƏR SERİYASI:

Hollandiya: - + - +

Argentina: + + + +

Dəqiq vurulan penaltilər: Messi, Qaray, Aquera, Rodrigez (hər biri Argentina), Robben, Kuyt (hər ikisi Hollandiya)

Dəqiq vurulmayan penaltilər: Vlar, Sneyder (hər ikisi Hollandiya)

 





10.07.2014    çap et  çap et