525.Az

Badamdarda yük maşını yanıb: xəsarət alanlar var


 

Badamdarda yük maşını yanıb: xəsarət alanlar var<b style="color:red"></b> Bakının Səbail rayonunda “ZİL” markalı yük maşını yanıb.

APA -TV-nin məlumatına görə, hadisə rayonun Badamdar qəsəbəsində qeydə alınıb. Qəsəbə bazarının yaxınlığındakı yoldan keçən “Çadır maşın”nın “motor hissəsində alışma baş verib.
 
Nəticədə “ZİL”i idarə edən və sərnişin yüngül yanıq xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail Rayon Hissəinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər  yanğının qarşısını alaraq alovun yanacaq çəninə keçməsininin qarşısını alıblar.
 
Xəsarət alan şəxslər təcili yardım vasitəsi ilə 5 nömrəli şəhər xəstəxanasına aparılıb. Yanğına səbəb avtomobilin mühərrik hissəsindəki nasazlıq olub.
 





10.07.2014    çap et  çap et