525.Az

Məhkəmə qərarlarından şikayət hüququ genişləndi


 

Məhkəmə qərarlarından şikayət hüququ genişləndi<b style="color:red"></b>

Konstitusiya Məhkəməsinin plenumu Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinin şərh edilməsinə dair qərar çıxarıb.

525.az-ın Media forum-a istinadən verdiyi məlumata görə, Mülki Prosessual Məcəllənin 231-ci maddəsi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. 231.4-cü maddəyə görə, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu Sumqayıt Apellyasiya Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında 231.4-cü maddəsini Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi (Məhkəmə müdafiəsindən istifadə etmək hüququ) və Azərbaycan Respublikası Konstitusiyasının 60 (Hüquq və azadlıqların məhkəmə təminatı), 127-ci (Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri) maddələri baxımından şərh edib. Yekun qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsi qətnamənin icrasına möhlət verilməsi barədə ərizənin təmin olunub-olunmamasından asılı olmayaraq işdə iştirak edən şəxslərin məhkəmə qərardadından şikayət vermək hüququnu ehtiva edir.

 





10.07.2014    çap et  çap et