525.Az

Fransa “radikal islamçıların” ölkəyə girişini yasaqlayacaq


 

Fransa “radikal islamçıların” ölkəyə girişini yasaqlayacaq<b style="color:red"></b> Fransanın Nazirlər Kabineti terrorçuluğa qarşı mübarizəni gücləndirmək məqsədi  ilə qanun layihəsini təsdiqləyib.
 
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qanun hökumətə radikal qruplaşmalarla əlaqədə şübhəli bilinənlərin ölkə ərazisinə daxil olmasının yasaqlanmasına imkan verəcək.
 
Mənbə bildirib ki, bu tədbir müsəlman  Fransa vətəndaşlarının Suriya və İraqdakı döyüşlərdə iştirakı ilə bağlı gerçəkləşdirilir.
 
Fransa hakimiyyətinin məlumatına əsasən, hər gün 2-3 Fransa vətəndaş Yaxın Şərqdə döyüşən “islamçılara” qoşulmaq üçün ölkədən gedir.
 
Rəsmi Paris terrorçuluğa çağırış edən saytların blok edilməsi haqda qanun layihəsini təsdiq üçün Avrokomissiyaya təqdim edib.
 





10.07.2014    çap et  çap et