525.Az

Yollarda bir gün: 5 ölü, 25 yaralı


 

Yollarda bir gün: <b style="color:red">5 ölü, 25 yaralı</b> İyulun 9-da Azərbaycanın müxtəlif yerlərində baş vermiş yol qəzalarında 5 nəfər həlak olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, sutka ərzində ölkə ərazisində ümumilikdə 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həlak olan 5 nəfərdən başqa 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Ən ağır hadisə Ucarda baş verib. Bakı-Qazax magistralının bu rayondan keçən hissəsində iki yük maşınının toqquşması nəticəsində 2 nəfər avtomobildə yanaraq ölüb. Bundan başqa Bakının Yasamal, eləcə də Gədəbəy və Lənkəran rayonlarında da ölümlə nəticələnən yol qəzaları olub.
 





10.07.2014    çap et  çap et