525.Az

Attraksion aşıb: xəsarət alan var


 

Attraksion aşıb: <b style="color:red">xəsarət alan var</b>

Zaqatalada attraksion aşıb.
 
APA-nın məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhərin mərkəzindəki Heydər Əliyev Parkında qeydə alınıb.
 
Ötən əsrin 70-ci illərində quraşdırılmış attraksion qırılıb. Qəza baş verən zaman attraksionda bir neçə nəfər olub. Onlardan biri - Əliabad kənd sakini, Cumayeva Gülcöhrə Əhməd qızı yüngül xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.

 





10.07.2014    çap et  çap et