525.Az

“Katrin” qasırğasından xeyir götürən merə 10 il iş kəsilib


 

“Katrin” qasırğasından xeyir götürən merə  10 il iş kəsilib<b style="color:red"></b> ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərinin keçmiş meri Rey Neycin “rüşvətxorluq, çirkli pulların yuyulması” və başqa korrupsiya cinayətlərinə görə 10 il azadlıqdan məhrum edilib.
 
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu ilin fevralından o, yerli iş adamından bir neçə yüz min məbləğində rüşvət almaqda ittiham olunb.
 
Prokuror bildirib ki, keçmiş mer 2005-ci ildə şəhəri “Katrin” qasırğası dağıdandan sonra rüşvət alıb. Neycin 2002-2010-cu illərdə merə vəzifəsini tutub.
 
İstintaqın məlumatına əsasən, o, iş adamına şəhərdə yeni hava limanının tikintisi və başqa inşaat işlərinə əlverişli şərait yaratmağı qarşılığında rüşvət alıb.
 
Dövlət ittihamçısı Neycinə 20 il iş kəsilməsini istəyib.
 





10.07.2014    çap et  çap et