525.Az

“Azəryolservis”-dən sürücülərə şad xəbər


 

“Azəryolservis”-dən sürücülərə şad xəbər<b style="color:red"></b> I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına  müvafiq olaraq Stend  Atıcılığı İdman Kompleksinə giriş avtomobil yolunun tikintisinə artıq  başlanılıb.

Bu barədə Lent.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Başlanğıcını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən 1 səviyyəli qovşaqdan götürməklə  Stend  Atıcılığı İdman Kompleksinə qədər uzanacaq  1-ci texniki dərəcəli 4 zolaqlı  avtomobil yolunun ümumi uzunluğu 1,4 km, eni isə 22 m təşkil edəcəkdir.  Layihə üzrə  çiyinlərin eni 2,5 m , ayrıcı zolağın eni isə 1 m olacaq.  Hazırda ərazidə torpaq-qazma və torpaq tökmə işləri davam etdirilir.

Müasir işıqlandırma sistemi ilə təchiz olunacaq  yoldan yaxın gələcəkdə dairəvi avtomobil yoluna 2 zolaqlı birləşmə də planlaşdırılır. Beləliklə, yeni tikilən avtomobil yolları Stend Atıcılıq Kompleksinə, eyni zamanda Respublikanın şimal, şimal-qərb bölgələrindən  gələn nəqliyyat vasitələrinin 20 yanvar dairəsinə daxil olmadan Bakı şəhərinə girişini təmin edəcək.
 





10.07.2014    çap et  çap et