525.Az

"ASAN"dan ADU-ya təklif


 

"ASAN"dan ADU-ya təklif<b style="color:red"></b>

Dünən Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları təlim şöbəsinin müdiri Elvin Paşayev universitetin tələbələri ilə görüşüb. Tədbirin məqsədi Dövlət Agentliyinin Bərdə Sabirabad şəhərlərində açılacaq "ASAN xidmət" mərkəzləri üzrə vakant vəzifələr, dövlət qulluğuna qəbul prosedurları könüllülük fəaliyyəti haqqında ADU-nun tələbə məzunlarının məlumatlandırılması idi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov Dövlət Agentliyi ilə Universitet arasında uğurlu əməkdaşlığın olduğunu tələbələrin diqqətinə çatdırıb.

Sonra Elvin Paşayev Dövlət Agentliyi ilə Universitet arasında olan əməkdaşlıq gələcək perspektivlər haqqında ətraflı məlumat verib. O, ikitərəfli əməkdaşlığın müsbət nəticələri könüllülər arasında ADU tələbələrinin xüsusi fərqləndiyini qeyd edib. Könüllülük fəaliyyətinin mahiyyətini tədbir iştirakçılarına açıqlayıb. Bununla yanaşı Bərdə Sabirabad şəhərlərində açılacaq "ASAN xidmət" mərkəzləri üzrə vakant vəzifələr barədə tələbələri məlumatlandırıb.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Dillər Universiteti arasında imzalanan niyyət protokolunun  həyata keçirilməsi çərçivəsində təşkil olunub.

Vəfa MƏMMƏDLİ

 





10.07.2014    çap et  çap et