525.Az

TQDK vaxtı uzatdı


 

TQDK vaxtı uzatdı<b style="color:red"></b>

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb.

Bu barədə Lent.az-a TQDK-dan məlumat verilib. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 11 iyul saat 17:00-dək uzadılıb.

Bakalavrlar həmin vaxta qədər qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Əks təqdirdə, yəni bakalavrların qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

 





10.07.2014    çap et  çap et