525.Az

“Evi tərk etmişəm, amma... ”


 

“Evi tərk etmişəm, amma... ”<b style="color:red"></b>

Şəxsi həyatı haqda son zamanlar yayılan şayiələrə münasibət bildirən müğənni İbrahim Tatlısəs bəzi məsələlərə aydınlıq gətirib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İbrahim Tatlısəs evi tərk etdiyini etiraf edib: “Evi tərk etməyim haqda yayılan məlumatlar doğrudur. Lakin həyat yoldaşımın kimliyini inkar etməyim yanlışdır. Mən Ayşəgülə qarşı heç vaxt belə hörmətsizlik etməmişəm. O, mənim həyat yoldaşımdır”. 

Tatlısəs “Evi tərk etmişəm. Burda nə var ki? Bu şayiələri kim yayıbsa xəcalət çəksinlər” deyərək fikrini tamamlayıb.

Qeyd edək ki, ötən il nigaha girən cütlüyün yaxın aylarda qızları dünyaya gələcək.

Nigar Məhərrəm

 





31.10.2012    çap et  çap et