525.Az

Sabah 28 955 abituriyent qəbul imtahanı verəcək


 

Sabah 28 955 abituriyent qəbul imtahanı verəcək<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah bu ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Modern.az-ın məlumatına görə, imtahanda 28 955 XI sinif məzununun iştirakı gözlənilir. İmtahandan sonra cavabların emalı aparılacaq və nəticələrin 2 gündən sonra- iyulun 14-də açıqlanması nəzərdə tutulub.

Ali məktəblərə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı isə 10-dan az olmayan abituriyentlər buraxılacaqlar.

 





11.07.2014    çap et  çap et