525.Az

Son 3 ildəki buraxılış imtahanlarının yekun statistikası açıqlandı


 

Son 3 ildəki buraxılış imtahanlarının yekun statistikası açıqlandı<b style="color:red"></b> Azərbaycanda son 3 ildə keçirilən buraxılış imtahanlarının yekun statistikası açıqlanıb.

Lent.az-ın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, ölkə prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı ilə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi TQDK-ya həvalə edilib.
 
Həmin vaxtdan indiyədək ötən dövr ərzində TQDK buraxılış imtahanlarında obyektivliyin və şəffaflığın təmin olunması, əvvəlki illərdə bu imtahanlarda baş vermiş neqativ halların təkrarlanmaması üçün kompleks tədbirlər həyata keçirib. İmtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, test bankının, proqram təminatının formalaşdırılması, imtahan mərkəzlərinin müəyyənləşdirilməsi və digər istiqamətlərdə genişmiqyaslı işlər görülüb. 

2013-cü ilin aprelində TQDK tərəfindən “Şagird-Məzun” sisteminin formalaşdırılması işi başa çatıb. Sistem ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar yaradılıb.

Sistemə ümumtəhsil məktəblərinin buraxılış sinfində təhsil alan 9-cu və 11-ci sinif şagirdləri haqqında məlumatlar daxil edilib. Buraxılış sinif şagirdlərinə “Şagird–məzun sistemi”ndə özləri haqda məlumatları internet vasitəsilə yoxlamaq imkanı yaradılıb.
 
2014-cü ildə TQDK tərəfindən 3-cü dəfə respublika üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

2012-2014-CÜ İL MƏZUNLARININ BURAXILIŞ İMTAHANLARINDAKI NƏTİCƏLƏRİ

 

 

2012-ci il

2013-cü il

2014-cü il

9-cu siniflər üzrə

11-ci siniflər üzrə

9-cu siniflər üzrə

11-ci siniflər üzrə

9-cu siniflər üzrə

11-ci siniflər üzrə

İmtahanda iştirak edənlərin sayı

117363

78539

117275

86632

111868

83093

Hər iki fənn üzrə müvəffəq qiymət alanların sayı (faizi)

59000 (50.27%)

54114
(68.90%)

68497
(58.41%)

62494
(72.14%)

69400 (62.04%)

61579 (74.11%)

Ana dili fənni üzrə müvəffəq qiymət alanların sayı (faizi)

84217 (71.76%)

64891
(82.62%)

79583
(67.96%)

69230
(80.10%)

84007 (75.22%)

69016 (83.33%)

Riyaziyyat fənni üzrə müvəffəq qiymət alanların sayı (faizi)

68461 (58.33%)

58350
(74.29%)

81970
(69.90%)

69315
(80.01%)

78324 (70.01%)

66681 (81.25%)

 





11.07.2014    çap et  çap et