525.Az

Peyğəmbərin qəbrinin yerləşdiyi məscid dağıdılacaq


 

Peyğəmbərin qəbrinin yerləşdiyi məscid dağıdılacaq<b style="color:red"></b>

"Məscidi Nəbəviyə" dağıdılaraq yenisi ilə əvəzlənəcək.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Həcc ziyarətləri bitdikdən sonra noyabrda Hz Məhəmməd peyğəmbərin qəbrinin yerləşdiyi məkan dağıdılaraq yenisi ilə əvəzlənəcək. 1.6 milyon zəvvarın ziyarəti üçün nəzərdə tutulan yeni cami üçün 6 milyard dollar vəsait xərclənəcək. Ərəb rəsmiləri bu addımı atmalarına səbəb kimi hər il buranı ziyarət edən zəvvarların sayını artmasını göstərib.

Qeyd edək ki, hər il bu müqəddəs torpağı 12 milyon zəvvar ziyarət edir. 2025-ci ilədək bu rəqəmin 17 milyonu aşacağı proqnoz edilir. Xatırladaq ki, son 20 ildə Məkkə və Mədinədə tarixi binaların 95 faizi dağıdılaraq yeniləri ilə əvəzlənib. 2002-ci ildə Kəbəni qorumaq məqsədi ilə inşa edilən Ecyad qalası da dağıdılaraq müasir otellərlə əvəzlənmişdi. Məkkədə inşa edilən “Cabal Ömər Kompleksi”i 500 restoran və 4360 dükanı özündə ehtiva edir.

Nigar Məhərrəm

 





31.10.2012    çap et  çap et