525.Az

Son 10 ildə Ermənistan əhalisi 195 min nəfər azalıb


 

Son 10 ildə Ermənistan əhalisi 195 min nəfər azalıb<b style="color:red"></b> Son 10 ildə Ermənistan əhalisi təqribən 195 min nəfər azalıb.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Statistika Xidmətinin şöbə müdiri Karina Kuyumcyan deyib.

Onun sözlərinə görə, 2011-ci ildə ölkədə əhalinin siyahıya alınması zamanı Ermənistanda daimi yaşayanların sayı 3 018 854 nəfər təşkil edib. Siyahıya alınma zamanı onlardan 2 871 771 nəfər faktiki olaraq ölkədə yaşayırdı.

Bununla da 2001-ci ildə keçirilən siyahıya alınma (müvafiq olaraq 3 213 011 və 3 002 594 nəfər) ilə müqayisədə ölkədə daimi yaşayanların sayı 194 157 nəfər, faktiki yaşayanların sayı isə 130 823 nəfər azalıb. Kuyumcyan əlavə edib ki, ölkə əhalisinin 36,7 faizi kəndlərdə, 63,3 faizi isə şəhərlərdə yaşayır.
 





31.10.2012    çap et  çap et