525.Az

İmtahan nəticələri “qorxulu” olan rayonlar


 

İmtahan nəticələri “qorxulu” olan rayonlar<b style="color:red"></b>

”Keçirilən buraxılış imtahanlarında hər bir fənn üzrə müvəffəq qiymət alanların sayında 2 faiz artım var, imtahanda iştirak edən uşaqların sayı isə keçən illə müqayisədə 4% azalıb”.

Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

TQDK sədri bəzi rayonlar üzrə IX sinifdə buraxılış imtahanın nəticələrini “qorxulu” adlandırıb: “Bunlar Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədi rayonlarıdır. Həmin rayonların şagirdləri ölkə üzrə həm riyaziyyat, həm də ana dilindən ən aşağı nəticə göstəriblər”.

M. Abbaszadə vurğulayıb ki, IX siniflə müqayisədə XI siniflərdə imtahanda iştirak edənlərin sayı azdır: “Amma həmin şagirdlərin nəticələri daha yüksəkdir”.

Komissiya sədri vurğulayıb ki, XI siniflərdə Ana dili fənni üzrə Hacıqabul, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsən, Riyaziyyat fənni üzrə Hacıqabul, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsəndə məzunların nəticələri ölkə ilə müqayisədə çox aşağıdır.

“Bu həm də gender problemləri ilə əlaqədardır. Ölkə üzrə IX sinifdə buraxılış imtahanı verən oğlanların sayı 53%, qızların sayı isə 46% olub. idi. Amma elə rayonlar var ki, orada IX sinifdə oxuyan oğlanların sayı 60%-dən çoxdur, hətta IX sinifdə oxuyan qızlar yoxdur. Həmin rayonlar Şamaxı və Qobustan rayonlarıdır. 11-ci sinifdə buraxılış imtahanında iştirak edənlərin 56% -ini oğlanlar, 44%-ini qızlar təşkil edir. Ancaq elə rayonlar var ki, məsələn, Lerikdə imtahan verənlərin 70-80 %-dən çoxu oğlanlardır və qızların sayı çox azdır”.

TQDK sədri onu da vurğulayıb ki, Zərdab, Balakən, Qaxda isə buraxılış imtahanında iştirak edən oğlanların sayı qızların sayından daha azdır. “XI sinifdə oxuyan oğlanların sayı qızların sayından təxminən 40% aşağıdır”.

 





11.07.2014    çap et  çap et