525.Az

TQDK sədri: “Bəzi rayonlarda 9-cu siniflərdə qız şagird yoxdur”


 

TQDK sədri: “Bəzi rayonlarda 9-cu siniflərdə qız şagird yoxdur”<b style="color:red"></b> Keçən illə müqayisədə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 4 dəfə azalıb.

APA TV-nin məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, elə rayonlar var orda nəticələr heç də ürək açan deyil.
 
"Müəyyən rayonlar var ki, orada nəticələr çox qorxuludur. Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədi rayonlarında şagirdlər ölkə üzrə riyaziyyat və ana dili fənnindən ən aşağı nəticələr göstəriblər. Ölkə üzrə 11-ci sinfin nəticələri 9-cu sinfin nəticələri ilə müqayisədə orta balda bir az artır. 11 sinifdə imtahanda iştirak edənlərin sayı 9-cu siniflərlə müqayisədə azdır. Nəticələr isə daha yüksəkdir".
 
9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən oğlan və qızların sayına gəlincə...
 
"2014-cü ildə ölkə üzrə 9-cu siniflərdə buraxılış imtahanı verən şagirdlərin sayı 50-yə 50-dir təxminən. Oğlanların sayı 53 qızların sayı 46 faizdir. Amma elə rayonlar var ki, oğlanların sayı 60 faizdən çoxdur. Qızlar isə hətta 9-cu sinifdə yoxdur. Bu, Şamaxı və Qobustan rayonudur".
 
Məleykə Abbaszadə deyib ki, ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb və 17632 gənc ixtisas seçimində iştirak edib. 
 





11.07.2014    çap et  çap et