525.Az

Dünyanın ən çox silah satan dövlətləri


 

Dünyanın ən çox silah satan dövlətləri <b style="color:red"></b> Dünyanın ən çox silah satan dövlətləri siyahısında ilk beşlikdə ABŞ-dan sonra Rusiya gəlir.

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, 2008 -2012-ci illərdə dünyada satılan adi silahların 75 faizi ABŞ, Rusiya, Almaniya, Fransa və Çinin payına düşüb.
 
Bu müddət ərzində ABŞ 30 faizlə əsas silah növlərinin ən nəhəng ixratçısı olub.
 
2008 - 2012-ci ildə dünya silah bazarına ixrac olunan silah-sursatın 26 faizi  Rusiyanı payına düşüb.
 
RF-nin əsas ixar etdiyi Asiya ölkələri və Okeaniyadır. Onların ardınca Afrika və Yaxın Şərq gəlir. Rusiya silahını əsasən, Hindistan (Rusiyadan ixrac olunan silahların 35 faizini alır), Çin (14 faiz), Əlcəzair (14 faiz), Vyetnam (6 faiz) və Venesuela (5 faiz) alır.
 
Son 5 ildə silah tədarük edən dövlətlərin siyahısında dəyişiklik baş verib. İlk beşlikdə Britaniyanın yerini Çin tutub.
 
2008 -2012-ci illər üzrə ən çox silah alan dövlətlər Hindistan və Çindir.
 





12.07.2014    çap et  çap et