525.Az

ƏƏSMN-də 6 ayda görülən işlərə dair mətbuat konfransı keçirib


 

ƏƏSMN-də 6 ayda görülən işlərə dair mətbuat konfransı keçirib<b style="color:red"></b>

Dünən Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi ölkədə əmək hüquqlarının təminatına çevik səmərəli nəzarət mexanizminin yaradılması sahəsində cari ilin 6 ayı ərzində görülən işlərə dair mətbuat konfransı keçirib.

Bu barədə 525.az-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tarixi nailiyyətlərindən söz açan F.Əlizadə respublikada iqtisadi tərəqqi hüquqi cəmiyyət quruculuğu prosesinin tərkib hissəsi kimi, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin daim gücləndiyini vurğulayıb. F.Əlizadə vətəndaşların əmək hüquqlarına, o cümlədən işçi əməyinin mühafizəsinə, onun həyat sağlamlığına, layiqli əməyinin təminatına münasibətdə işəgötürənlərin sosial məsuliyyətinin artırılmasının aparılan işlərdə əsas məqsəd olduğunu bildirib: “Cari ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 ədəd az, yəni 4465 müəssisədə dövlət nəzarəti həyata keçirilsə , 14,6 faiz çox, yəni 9269 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Həmin hüquq pozuntularının 89,6 faizi məhz sahibkarlıq subyektlərində qeydə alınıb. Eyni zamanda, təhlillər əsasında əmək qanunvericiliyinin pozulması hallarının daha çox iqtisadiyyatın topdansatış, ticarət ictimai iaşə, tikinti sektorlarında özünü göstərdiyi məlum olub”. Xidmət rəisi aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyatı işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edildiyini diqqətə çatdırıb: “Cari ilin altı ayında tətbiq olunmuş 2 milyon 352 min manat cərimədən artıq işəgötürənlər tərəfindən dövlət büdcəsinə 894 min manatı ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 dəfə çoxdur”.

 

Qeyri-leqal formada əməyə cəlbolunma hallarının qarşısının alınmasının diqqətdə saxlanıldığını qeyd edən F.Əlizadə son 6 ayda əmək müqaviləsi bağlanmadan işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 5613 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlatdırıldığını bildirib: “Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,14 faiz çoxdur. Təbii ki, həmin işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi onların əmək gələcək sosial təminat hüquqlarının bərpasına, eyni zamanda, dövlət büdcəsinə qanunvericiliklə müəyyən olunmuş vergilərin digər məcburi ödənişlərin aparılmasına səbəb olub”. F.Əlizadə həmçinin qeyd olunan dövrdə ümumi məbləği 231,6 min manat təşkil edən ödənişi gecikdirilmiş əmək haqqı sosial xarakterli ödənişlərin  işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyini qeyd edib. O, bildirib ki, həmin məbləğin 209,3 min manatı əmək haqlarından,  16,2min manatı zərərə görə ödənclərdən, 6,1 min manatı isə sosial müavinətlərdən ibarət olub. Bununla yanaşı, əmək müqavilələrinə əmək qanunvericiliyinin müddəaları pozulmaqla xitam verildiyi müəyyən olunan 8 nəfər əvvəlki işlərinə bərpa etdirilib.

 

Daha sonda xidmət rəisi Azərbaycan Respublikası PrezidentininAzərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013- il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” 2014- il 3 fevral tarixli Fərmanının ölkədə əmək münasibətlərinin elektron qeydiyyatı mexanizminin yaradılmasına yönələn mühüm islahat tədbirinin həyata keçirilməsinə əsas yaratdığını vurğulayıb: “Fərman bağlanmış hər bir əmək müqaviləsi artıq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Bu da əmək bazarında mövcud əmək münasibətlərinə daha çevik səmərəli şəkildə dövlət nəzarətini tətbiq etməyə, əmək müqavilələrinin bağlanmasında formal yanaşmalara son qoyulmasına imkan verir. Bu tədbir həmçinin işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları vergi daxilolmalarının artırılması üçün əsas yaradacaq”. F.Əlizadə nəticə etibarilə işçi hüquqlarının təminatında keyfiyyətcə yeni mərhələ açan Fərmana uyğun olaraq, EİS-in proqram təminatının hazırlandığını sınaq işləri nəticəsində təkmilləşdirildiyini bildirib: “Artıq əmək müqaviləsi bildirişi üzrə EİS cari il iyulun 1-dən istifadəyə verilib. Yəni bundan sonra bağlanan hər bir əmək müqaviləsi, əmək müqaviləsinə edilən dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin sistemdə qeydiyyatdan keçməsindən bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir”.

 

Artıq işəgötürənlər tərəfindən EİS-ə əmək müqaviləsi bildirişlərinin daxil edilməkdə olduğunu qeyd edən F.Əlizadə bu prosesin daim nəzarətdə saxlanacağını əmək müqaviləsi bildirişlərinin daxil edilməsinə biganə yanaşan işəgötürənlərlə bağlı ciddi inzibati tədbirlərin görüləcəyini vurğulayıb. “Bu islahatla bağlı DƏMX tərəfindən işəgötürənlər arasında müvafiq təbliğat-maarifləndirmə işləri aparılır, bölgələrdə artıq yardım masaları fəaliyyət göstərir işəgötürənlərə lazımi metodiki kömək göstərilir. Əminəm ki, hər bir işəgötürən ölkəmizin əmək sosial müdafiə sisteminin müasirləşdirilməsi istiqamətində  uğurlu addımlardan biri olan bu islahat prosesində fəal iştirak edəcək”. 

 

Mətbuat konfransı KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.
 





12.07.2014    çap et  çap et